Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:04

-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan telekanallarında efirə gedən mahnıların mətnləri ilə bağlı araşdırmalar aparacaq.

Bunu Trend-ə institutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Mahnı mətnləri ilə bağlı çoxlu narazılıqların olduğunu bildirən Q.Məhərrəmlinin sözlərinə görə, bəzən televiziyalar mahnının sözlərinə əhəmiyyət vermədən, məsuliyyət hiss etmədən mahnıları efirə buraxırlar. Nəticədə isə dilin normaları pozulur:

«Bəzən təəccüblənirsən ki, şair şeirdə bunu bu şəkildə yazıb, bəstəkar ona fikir vermədən bu şəkildə bəstələyib, müğənni də başqa şəkildə oxuyur. Nəticədə ortaya əcaib şeylər çıxır».

Q.Məhərrəmli qeyd edib ki, mahnı mətnləri ilə bağlı monitorinqlərin aparılması mürəkkəb proses olduğundan onu Bəstəkarlar İttifaqı ilə birgə, mütəxəssislərin iştirakı ilə aparmağı nəzərdə tuturlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG