Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Şirvanda 2 nəfər güllələnib


-

Noyabrın 6-da Şirvanda gecə saatlarında H.Əliyev prospektində yerləşən kafedə baş verən mübahisədə iki nəfər güllələnib.

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 25 yaşlı Zaur Sarıbalayev və 32 yaşlı Elvin Nəziyev qətlə yetirilib.

APA xəbər verir ki, birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda vəfat edib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 30 yaşlı Tural Salmanov və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilibmişdi. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıbmışdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG