Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:52

-

Ağ Ev noyabrın 5-də bildirib ki, Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasında “terrorçuların izinin” mümkünlüyünü istisna etmir. Britaniyanın baş naziri David Cameron isə daha öncə demişdi ki, faciənin “terrorçu bomba”sından törədildiyi getdikcə daha mümkün görünür.

Rusiya isə təyyarənin partlayıcı nəticəsində qəzaya uğraması versiyasından qəzəbini bildirib.

Oktyabrın 31-də Rusiyanın Airbus 321-200 təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb, 224 nəfər həlak olub.

ABŞ prezidenti Barack Obama deyib ki, terror hücumu ehtimalına “çox ciddi” yanaşılmalıdı.

Ağ Evin sözçüsü Josh Earnest Vaşinqtonda jurnalistlərə deyib ki, Birləşmiş Ştatların qəzanın səbəbləri barədə öz versiyası yoxdur, terrorçuların da mümkün rolunu istisna etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG