Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

-

Bakıda "Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub.

APA xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ildən keçirilən Bakı beynəlxalq müəllif kuklaları biennalesinin öz auditoriyasını qazandığını bildirib: "Sevinirəm ki, Kukla Biennalesinin daimi auditoriyası var. “Fusion” anlayışı sintez, birləşmə anlamını ifadə edir. Bakıda keçirilən “Fusion Doll” biennalisi sözün əsl mənasında yaradıcılığın ifadəsidir. İnanıram ki, hər il olduğu kimi bu il də sərgi böyük marağa səbəb olacaq".

“Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi etnoqrafik və folklor kukla sənəti sahəsində uğurlara və ənənələrə malik Azərbaycanı uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Biennaledə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG