Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

Fransa təyyarədaşıyanı İŞİD-lə döyüşə gedir


Fransa özünün ən böyük hərbi gəmisini İraq və Suriyada İslam Dövləti təşkilatına qarşı döyüşə göndərir.

-

Fransa özünün ən böyük hərbi gəmisini İraq və Suriyada İslam Dövləti təşkilatına qarşı döyüşə göndərir.

Bu gəminin döyüş əməliyyatlarına cəlb olunması Fransa qırıcılarının raket zərbələrinə sərf etdikləri vaxtı xeyli qısaldacaq.

Fransa İŞİD-in bombardmanına ötən sentyabrdan başlayıb. “Charles de Gaulle” təyyarədaşıyan gəmisi döyüş əməliyyatlarında bundan əvvəl də iştirak edib.

Hazırda Fransanın 6 Mirage qırıcısı İordaniyada, 6 Rafael döyüş təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində mənzillənib.

Təyyarədaşıyan 40-dək qırıcının gündə 100-dək uçuşunu təmin edir.

AFP xəbər verir ki, hava reydlərinə başlayandan bəri Fransa İraqda keçirdiyi 1285 uçuş zamanı 271 raket zərbəsi endirib.

“Charles de Gaulle” təyyarədaşıyanını adətən bir neçə keşikçi gəmisi və bir sualtı qayıq müşayiət edir.

XS
SM
MD
LG