Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00

- 1928-ci ildən bu yana heç kəsin görmədiyi altı dəqiqəlik multfilm tapılıb. Bu, Walt Disneyin 1927-ci ildə çəkdiyi 6 dəqiqəlik multfilmdir. Baş rolda Dovşan Osvalddır.

Dovşan Osvald Disneyin ən birinci qəhrəmanıdır. Disney Mikki Maus obrazını yaradanda Osvaldın cizgilərindən istifadə edib, yəni Osvald Mikki Mausun prototipidir. Onu nadinc, üsyankar xarakterinə görə seviblər.

Britaniya Milli Arxiv İnstitutunda tapılan cizgi filmi 87 ildən sonra tamamilə yeni auditoriyaya göstəriləcək.

Hazırda multfilm restavrasiya olunur. Onun dünya premyerası 12 dekabrda olacaq. Multfilmin ilk kadrlarına burada baxmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG