Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:18

Baş naziri istefa versə də etirazlar səngimir [Video]


Baş Nazir Victor Ponta və kabineti istefa verəndən sonra ikinci gecədir ki, etirazçılar Buxarest və Rumıniyanın başqa şəhərlərinin küçələrinə səpələnib.

Rumıniyanın keçmiş Baş naziri Victor Ponta

Rumıniyanın keçmiş Baş naziri Victor Ponta

RUMINİYA ETİRAZ AKSİYALARINA BÜRÜNÜR
Azadlıq Radiosunun Moldova xidmətinin əməkdaşı xəbər verib ki, noyabrın 4-də 30 000 nəfər Rumıniya paytaxtı Buxarest küçələrinə çıxıb. Ölkənin azı 13 digər şəhərində də etiraz aksiyaları keçirilib. Timisoara və İasidə 5 000, Clujda isə 3 000 nəfər küçələrə çıxıb.

Baş nazirin istefasına oktyabrın 30-da Buxarestdə bir gecə klubunda baş vermis, 32 nəfərin ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnmiş yanğın səbəb olub. Yaralıların çoxunun vəziyyəti ağır olaraq qalır.

Rumıniyada hökumətə qarşı qəzəb yığılmaqda idi. Çoxları hökuməti korrupsiyada ittiham edir. Gecə klubunda baş vermiş yanğın bu narazılığı daha da qızışdırıb. Pontanın özü də korrupsiya ittihamları ilə üz-üzədir. Gecə klubunda təhlükəsizliyin də korrupsiyaya görə qurban verildiyi barədə iddialar var.

Noyabrın 4-də Victor Ponta deyib ki, o, hökumətin istefasının “küçələrə çıxmış insanları razı salacağına” ümid edirdi.

Buna da bax: Prezident Şəkidə: «Bu, rüşvətdən betərdir»

Rumıniyada Baş nazirin səlahiyyətlərini icra edən Sorin Campeanu

Rumıniyada Baş nazirin səlahiyyətlərini icra edən Sorin Campeanu

BAŞ NAZİRİN İSTEFASI AKSİYAÇILARI QANE ETMİR
Azadlıq Radiosunun Moldova Xidmətinin müxbiri isə deyir ki, etrazçıların qəzəbi təkcə Victor Pontaya yox, “bütün siyasi sinfə” qarşı yönəlib. Onun sözlərinə görə insanlar parlamentdən tutmuş korrupsiyaya qədər çox şeydən narazıdırlar. Bura həmçinin hökumətdə kifayət qədər şəffaflığın olmaması da daxildir.

Bir etirazçı Azadlıq Radiosunun müxbirinə deyib: "Biz hər şeydən əvvəl işlək bir dövlət istəyirik. Biz parlamentin buraxılmasını və ölkəni idarə edə biləcək yeni siyasətçilərin gəlməsini istəyirik, çünki köhnələr bu işi bacarmır. Biz öz həyatımıza tamaşaçı kimi baxmaq istəmirik. Biz öz həyatımızın əsas aktyorları, əsas rejissorları olmaq istəyirik.”

Nümayişçilər Buxarest keçələrində “Ponta istefa!” və “Qatillər” kimi şüarlar səsləndiriblər. Bəziləri isə 25 il əvvəl Nicolae Ceausescunun devrilməsi ilə nəticələnmiş milli inqilabın simvolu olan üzərində deşiklər olan milli bayrağı yelləyiblər.

Buna da bax: Evi satanda vergi bu qaydada hesablanacaq

Rumıniya prezidenti Klaus Iohannis

Rumıniya prezidenti Klaus Iohannis

PREZİDENT "SİZİ EŞİTDİM" DEYİR
Rumıniya prezidenti Klaus Iohannisin qərarı ilə parlament yeni baş naziri təsdiq edənə qədər Təhsil naziri Sorin Campeanu baş nazirin səlahiyyətlərini icra edəcək.

Iohannis küçə nümayişlərini alqışlayaraq etirazçıların fikirlərini dinlədiyini deyib:

"Mənim etirazçılara mesajım var. Mən sizi gördüm, eşitdim və sizin tələblərinizi nəzərə alacam. Mən vətəndaş cəmiyyətini və etrazçıları təmsil edən bir qrupla görüşəcəm. Mən onların istək və rəylərini bilmək istəyirəm.”

Gecə klubunda baş vermis faciə Rumıniyanı şoka salıb. Pontanın siyasi rəqibi olan Iohannis noyabrın 1-də Rumıniyada fundamental dəyişikliyə çağırıb:

"Biz daha hökumətin səriştəsizliyinə, institusional səmərəsizliyə dözməli dyeilik. Biz korrupsiyanın insanları öldürəcək həddə qədər yayılmasına imkan verə bilmərik.”

Victor Ponta siyasi müttəfiqi və parlament üzvü olan Dan Sovadan 55 000 avro məbləğidə pul almaqda ittiham edilir. Prokurorlar Sovanı vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilsələr də onun toxunulmazlığı var.

Hələ 2007-ci ildən bəri başlamış bu iş üzrə məhkəmə prosesi hələ davam edir. Növbəti məhkəmə iclası noyabrın 6-da keçiriləcək. Ponta isə Rumıniya tarixində vəzifədə ola-ola məhkəmə qarşısında duran ilk hökumət başçısıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG