Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

Mərkəzi Seçki Komissiyası oktyabrın 5-də Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxıb.

MSK üzvü Ramiz İbrahimov qeyd edib ki, seçkilərlə bağlı 35 saylı Xətai III seçki dairəsində namizədliyi qeydə alınmış İqbal Ağazadə seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciətin araşdırılması üçün 35 saylı Xətai Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul olunub.

Ümid Partiyasından MSK üzvlüyünə namizədliyi irəli sürülmüş Akif Qurbanov isə buna etiraz edərək, araşdırmanın MSK-da aparılmasını xahiş edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, bu məsələ öncə Dairə Seçki Komissiyasında araşdırılmalıdır.

Qeyd edək ki, həmin dairədən Araz Əlizadə millət vəkili seçilib.

İqbal Ağazadə pozuntulara yol verildiyini iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG