Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00

Fransa millisi və “Real”ın oyunçusu Karim Benzama noyabrın 5-də komanda yoldaşı Matye Valbuenanı (Mathieu Valbuena) şantaja etməklə bağlı məhkəmə qarşısına çıxıb.

Xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, o şantaj məsələsində iştirakçı olduğunu etiraf edib.

Polisdə olan telefon qeydlərində də Benzemanın adı hallanır.

Söhbət intim videonun qaytarılması əvəzində Matyedən pul tələb edilməsindən gedir.

Araşdırma davam etdirilir.

Fransa millisinin keçmiş hücumçusu Cibril Sisse və daha üç futbolçu da bundan əvvəl eyni səbəbdən saxlanıblar.

Amma Sisse az sonra sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG