Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39

Rumınya prezidenti Klaus Lohannis noyabrın 5-də təhsil naziri Sorin Cimpeanunu müvəqqəti baş nazir vəzifəsinə təyin edib.

Əvvəlki baş nazir Viktor Pontanın istefasına baxmayaraq ölkədə etirazlar davam edir.

Oktyabrın 30-da gecə klublarından birində baş verən yanğın zamanı 32 nəfərin ölümünə etirazla başlayan aksiyalar artıq ikinci gündür ki, davam edir.

Aksiyaçılar noyabrın 4-ü gecə saatlarında parlament binasının qarşısına toplaşaraq vaxtındanəvvəl seçkilər və siyasi islahatlar aparılmasını tələb ediblər.

Həmçinin Konstanta da daxil olmaqla ölkənin digər böyük şəhərlərində atiraz aksiyaları keçirilib.

Keçmiş baş nazir Ponta korrupsiyada ittiham olunur və buna görə istintaqa cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG