Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

Kanadaya qaçqın kimi gəlmiş əfqanıstanlı gənc qadın demokratik institutlar üzrə nazir vəzifəsinə təyin edilib.

Ölkənin baş naziri Justin Trudeau 30 yaşlı Maryam Monsefi noyabrın 4-də bu vəzifəyə təyin edib.

O 31 üzvü olan üzvü olan Nazirlər Kabinetində ən gənc nazirdir.

Maryam Əfqanıstanın Herat şəhərindəndir və uşaq yaşlarından atasını itirib.

O Əfqanıstandan 1996-cı ildə anası və 2 bacısı ilə birlikdə qaçıb.

Həmin vaxt onun 11 yaşı var imiş.

Qeyd edək ki, noyabrın 4-də Kanadanın yeni baş naziri seçilmiş Justin Trudeaunun da andiçmə mərasimi keçirilib.

43 yaşlı Trudeau Kanadanın 23-cü baş naziridir.O ölkənin tarixində ən gənc ikinci baş nazir, bundan başqa keçmiş baş nazirin oğludur.

Trudeau kabinetdə vəzifələrin kişilərlə qadınlar arasında bərabər bölünməsinin tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG