Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:05

Leyla Yunus jurnalistlərə boynundakı qançırları göstərib (VİDEO)


Leyla Yunus jurnalistlərə boynundakı qançırları göstərib
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Leyla Yunus jurnalistlərə boynundakı qançırları göstərib

-

Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsinin ilkin iclasında Leyla və Arif Yunusların şikayətlərinə baxılıb.

Müdafiə tərəfi Leyla və Arif Yunuslara seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Başqa bir vəsatət məhkəmənin qismən istintaqla aparılması haqqında olub. Vəkillər şahid Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovun məhkəmədə iştirakına etirazla bağlı da vəsatət qaldırıblar.

Hakim vəsatətlərin heç birini təmin etməyib.

Növbəti məhkəmə iclası noyabrın 12-ə təyin olunub.

Məhkəmənin gedişində Leyla Yunus jurnalistlərə boynundakı göyərmiş izləri göstərib, ancaq danışmaq imkanı olmayıb. Vəkil Elçin Sadıqov jurnalistlərə Leyla Yunusun döyüldüyünü, boynundakı qançırların da döyülmə izləri olduğunu bildirib.

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların şikayətinə baxılmış və elə həmin gün də onların haqqındakı cinayət işi tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilmişdi.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Ağır Cinayətlər Məhkəməsində müdafiə tərəfinin protokollarla bağlı qeydlərinə baxılsa da, qərar barədə məlumat verilməyib və çıxarılan qərar hələ də vəkillərə təqdim edilməyib.

Leyla və Arif Yunuslara 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il həbs cəzası kəsilib.Onların hər ikisi 2014-cü ildə həbs edilərək, fırıldaqçılıqda, qanunsuz sahibkarlıqda və vergilərdən yayınmaqda ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Beynəlxalq «Amnesty International» təşkilatı Leyla və Arif Yunusları vicdan məhbusu kimi tanıyıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG