Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

-

Noyabrın 4-də Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib.

Prezident İlham Əliyevi yolun açılışında «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov müşayiət edib.

Bundan əvvəl də prezidentin iştirakı ilə keçirilən bir neçə açılışa Ziya Məmmədov qatılmayıb. Son iki ayda mətbuat onun vəzifəsindən çıxarılacağını yazırdı. Ancaq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra o, üzə çıxdı.

Nəqliyyat Nazirliyi isə saytında Ziya Məmmədovun noyabrın 6-da Ağdaşda olacağı haqda məlumat yerləşdirib.

Məlumatda deyilir ki, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Ziya Məmmədov noyabrın 6-da Ağdaşda Göyçay, Ucar və Ağdaş sakinlərini qəbul edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG