Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

-

“Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Bunu noyabrın 5-də Avropa Liqasının qrup mərhələsində Fransanın “Monako” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Xəbəri komandanın saytı yayıb.

Qurban Qurbanov deyib ki, heyətdə böyük dəyişiklik olmayacaq, kiçik dəyişikliklər isə mümkündür. Baş məşqçi bildirib ki, rəqibdən bu gün daha sürətli oyun gözləyir: “Baxmayaraq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Bu günə qədər Azərbaycan klubları Fransa təmsilçilərinə qalib gələ bilməyib”.

Qurban Qurbanov deyib ki, komanda bu günkü qarşılaşmada uğurlu nəticə əldə etmək istəyir: “Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələn ən yaxşısını edəcəyik”.

Qarşılaşma saat 20.00-da T.Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Fransada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə məğlub olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG