Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:57

-

Noyabrın 5-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların şikayətləri ilə bağlı ilkin baxış iclası keçiriləcək. Prosesə hakim Vüqar Məmmədov sədrlik edəcək.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Bu günkü prosesdə müdafiə tərəfi Leyla və Arif Yunuslar haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verəcək.

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların apellyasiya məhkəməsi keçirilmişdi. Həmin gün məhkəmə onların haqqındakı cinayət işinin tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərmişdi.

Elçin Sadıqov deyib ki, protokollarla bağlı müdafiə tərəfinin qeydlərinə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ancaq hansı qərar verilməsi ilə bağlı məlumat verilməyib. Həmin qərar hələ də vəkillərə təqdim olunmayıb.

Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi 2014-cü ildə həbs ediliblər və fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergilərdən yayınmada ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Leyla və Arif Yunusları beynəlxalq «Amnesty International» təşkilatı vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG