Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Assad qüvvələri Hələb yoluna çıxıblar


Suriya hərbi texnikası Hələb yolunda

Suriya hərbi texnikası Hələb yolunda

Xəbər verilir ki, ötən aydan bəri Suriya qoşunları Rusiya qırıcılarının dəstəyi ilə bu ərazidə həlledici döyüşlərə başlayıblar.

Suriya dövlət televiziyasının verdiyi məlumata görə hökumət qoşunları İslam Dövləti adlanan qrupun döyüşçülərini Hələb şəhərini Xanaser və İtriya məntəqələri ilə birləşdirən magistral yoldan geri oturdublar.

2012-ci ildən bəri Hələb şəhərinin qərb hissəsinə Assad qüvvələri, şərq hissəsinə isə qiyamçılar nəzarət edirlər.

Lakin bu şəhərin ətrafındakı böyük ərazilər İŞİD-in nəzarətindədir.

Xəbər verilir ki, ötən aydan bəri Suriya qoşunları Rusiya qırıcılarının dəstəyi ilə bu ərazidə həlledici döyüşlərə başlayıblar.

Bu vuruşmalarda onlara Livanın İran tərəfindən dəstəklənən Hizbullah qruplaşması kömək edir.

Bu arada ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Amerika tərəfindən dəstəklənən yeni Suriya Ərəb Koalisiyası ölkənin şimal-şərqində 200 kvadrat kilometrlik ərazini İŞİD qüvvələrindən təmizləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG