Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51

AKP mütləq parlament çoxluğuna malik olsa da, konstitusiya dəyişikliklərinə dair referendumun çağırılması üçün partiyanın daha 13 səsə ehtiyacı var

Türkiyə parlament seçkilərinin dərhal ardınca prezident Erdoğan Böyük Millət Məclisinin yeni heyətini müzakirələri konstitusiya üzərinə yönəltməyə çağırıb.

Bu seçkidə onun hakim Ədalət və İnkişaf Partiyası (AKP) mütləq parlament çoxluğu qazanıb.

Türkiyə prezidenti artıq çoxdan bəridir ki, öz səlahiyyətlərinin artırılması üçün konstitusiya dəyişikliklərini gözləyir.

Lakin Erdoğanın tənqidçiləri narahatdırlar ki, prezident avtoritar meyllərini bundan sonra da gücləndirmək niyyətindədir.

Erdoğanın 13 səsə ehtiyacı var

Lakin AKP mütləq parlament çoxluğuna malik olsa da, konstitusiya dəyişikliklərinə dair referendumun çağırılması üçün partiyanın daha 13 səsə ehtiyacı var.

Seçki qələbəsindən sonra özünün ilk geniş nitqində Erdoğan deyib ki, baş nazir Ahmet Davutoğlu konstitusiyaya dəyişikliklər edilməsi üçün müxalifət liderləri ilə məsləhətləşmələr aparacaq.

Prezident öz çıxışında opponentlərini onun məqsədlərinə müqavimətdən çəkinməyə çağırıb.

Recep Tayyip Erdoğan həmçinin bəyan edib ki, PKK üzərinə hücumlar kampaniyası bundan sonra da davam etdiriləcək.

Ötən gün ərzində Türkiyənin Hakkari vilayətində gedən döyüşlərdə 15 PKK silahlısının və iki hökumət hərbçisinin həlak olduğu bildirilib.

Lakin AKP-nin seçki qələbəsi artan zorakılıqlar və media üzərinə təzyiqlər şəraitində baş verib.

Müxalifət system dəyişikliyinin əleyhinədir

AKP yeni parlamentdə 550 mandatdan 317-ni qazanıb, lakin konstitusiya dəyişiklikləri referendumunun çağırılması üçün 330 səsə ehtiyac var.

Konstitusiyanın referendumsuz dəyişdirilməsi üçünsə Erdoğanı 367 millət vəkilinin dəstəkləməsi lazımdır.

Prezident Erdoğan ölkədəki parlament sisteminə son qoyaraq prezident hakimiyyəti sisteminə keçidə can atır.

Bu isə öz növbəsində simvolik məna daşıyan prezidentliyə əlavə güc səlahiyyətləri verə bilər.

Hazırda ölkənin üç əsas müxalifət partiyası bu təşəbbüsün qəti əleyhinə çıxış edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG