Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Pakistanın Loxar şəhərində zavodun uçması nəticəsində azı 18 adam ölüb.

150 nəfərin uçqunun altında qaldığı bildirilir.

Hadisə noyabrın 4-də Loxarın təxminən 20 kilometrliyindəki sənaye rayonunda baş verib.

Xilasedicilər hadisə yerində iş aparır.

Şəhər rəhbəri Mohamed Usmanın məlumatına görə, dağıntıların altından azı 11 cəsəd çıxarılıb və ölü sayının artacağı istisna deyil.

70-dən çox adamın xəstəxanaya götürüldüyü xəbər verilir.

Pakistan televiziyasının məlumatına görə, ötən həftə regionda baş verən 7,5 ballıq zələzələ nəticəsində binaya xəsarət dəyibmiş.

Başqa məlumata görə isə binada təmir gedirmiş.

Amma əyalət rəsmisi Zaheem Qadri bildirib ki, hələlik qəzanın hansı səbəbdən baş verdiyini demək tezdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG