Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

NATO-nun baş katibi bildirib ki, alyansın iri hərbi-təlim məşqlərində məqsəd öz imkanlarını yoxlamaq və mümkün düşmənlərə qarşı dəqiq siqnal göstəməkdir.

Oktyabrın 19-da İspaniyada başlayan təlimlərdə 30 ölkədən 36 min hərbçi, onlarla təyyarə və gəmi iştirak edir.

Hərbi təlimlər noyabrın 6-da başa çatacaq.

NATO-nun rəhbəri Jens Stoltenberg təlimlərin yeni təhlükəsizlik şəraiti və təşkilatın yeni vəziyyətə uyğunlaşması baxımndan vacib olduğunu vurğulayıb.

O buna misal kimi Şimali Afrika və Yaxın şərqdə qeyri-sabitlik və ifratçılıq, İslam Dövləti qrupunun qəddarlığı, Rusiyanın Suriya və Aralıq dənizində hərbi iştirakının genişlənməsi və Ukraynadakı təcəvüzkar hərəkətini misal göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG