Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

2015-ci ilin yanvar-sentyabrında dövriyyəyə əlavə 4 mlrd 796 mln 59 min manat buraxılıb.

Milli Bankın məlumatına görə, ötən il oktyabrın 1-i üçün dövriyyədən 8 mlrd 851 mln manat çıxarılıb.

Yanvar-sentyabrda bankların kassa mədaxili 32 mlrd 416 mln 404 min manat (+7,7%) ekvivalenti olub. Fiziki və hüquqi şəxslərlə əməliyyatlar 19 mlrd 336 mln 966 min manatla liderdir. Hüquqi şəxslərdən 7 mlrd 916 mln 901 min manat, fiziki şəxslərdən 2 mlrd 420 mln 441 min manat mədaxil olub.

Bu dövrdə məcmu kassa məxarici 27 mlrd 674 mln 146 min manat (mənfi 7,73%) olub. Burda fiziki və hüquqi şəxslərlə əməliyyatlar liderdir – 11 mlrd 404 mln 805 min manat (mənfi 10,07%). Fərdi sahibkarların ödənişləri 6 mlrd 559 mln 9 min manat (mənfi 17,96%), pensiya və maaş ödənişi 8 mlrd 732 mln 712 min manat (+3,5%) təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG