Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedəcək.

“Apsny.ge” və digər Gürcüstan saytlarının məlumatına görə, səfər zamanı iki ölkə prezidentinin təkbətək və geniş formatda görüşləri olacaq.

Səfərin sonunda siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanacağı gözlənilir.

Prezidentin birgə mətbuat konfransı da nəzərdə tutulur.

İlham Əliyevin həmçinin səfər zamanı Gürcüstanın baş naziri, parlamentin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Prezident səfər çərçivəsində Marneulidə yaşayan azərbaycanlılarla da görüşəcək.

Səfəri noyabrın 6-da sona yetəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG