Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:28

Taleh Bağırzadə polisdə döyüldüyünü deyir


Taleh Bağırzadə
Taleh Bağırzadə

-

Teoloq, «Müsəlman birliyi» ictimai təşkilatının rəhbəri,keçmiş siyasi məhbus Taleh Bağırzadə noyabrın 3-də Yasamal polisində döyülüb. O, noyabrın 3-də axşam «Facebook» səhifəsində bu haqda yazıb.

Taleh Bağırzadənin dediyinə görə, rayon polisinin rəisi İsfəndiyar Mehbalıyev ondan tələb edib ki, insanları toplayaraq yürüş təşkil etməsinin səbəblərini açıqlasın. Teoloqcavab verib ki, dindarların müraciəti əsasındaMilli Qəhrəman Mübariz İbrahimovun məzarına yürüş edəcəklər.

T.Bağırzadə namaz vaxtının yaxınlaşdığını deyərək rəisdən onu buraxmasını xahiş edib. Amma İ.Mehbalıyev getməyə icazə verməyib və T.Bağırzadə orada ibadət etməyə başlayıb. Onun yazdığına görə, namaz qılarkən polislər onun üzünə, çənəsinə xəsarət yetiriblər.

DİN mətbuat xidməti T.Bağırzadənin bəyanatını şərh etmir.

Noyabrın 4-də Taleh Bağırzadə «Turan»ın müxbiri ilə söhbətində deyib ki, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyevi məhkəməyə verəcək.

Teoloqun hüquqlarını vəkil Cavad Cavadov müdafiə edəcək.

Polis rəisinin özbaşınalığından danışan T.Bağırzadə «onun atası Qarabağ müharibəsi əlilinin ölümünə səbəb oldu və cəzasız qaldı. Oğlu da həmin səviyyədədir» deyərək Həmkarlar İttifaqları Konfederasiyasının başçısı Səttar Mehbalıyevə işarə edib.

XS
SM
MD
LG