Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

-

Noyabrın 4-də siyasi şərhçi, jurnalist Rauf Mirqədirovun məhkəməsi başlayıb.

Beynəlxalq qurumların nümayəndələri məhkəmə zalına buraxılsalar da, yerli siyasətçilər və jurnalistlərin bəzisi qapı arxasında qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasını işıqlandırmaq üçün yenə də yalnız hökumətyönlü media mənsubları zala buraxılır.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

Məhkəmənin qarşısı.

Məhkəmənin qarşısı.

Günün bütün mövzuları

XS
SM
MD
LG