Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

- "Erməni əsilli istanbullu fotoqraf Ara Güler sülh və həmrəylik şüarıyla 50 tanınmış insanın sadə xalq nümayəndələrilə fotolarını çəkəcək"

"Bir bütünün hissələri"

Türkiyədə sülh və həmrəylik şüarı ilə 50 tanınmış insan satıcılarla, təmizlikçilərlə, küçə musiqiçiləri və başqa bənzər peşələrdə işləyən sadə xalqın içindən xarakterlərlə foto çəkdirəcək.

İstanbulda Bəyoğlu bələdiyyəsi ilə bir özəl istehsalat birliyinin birgə işi olan “Bütünün hissəsi” adlı bu layihənin fotoqrafı tanınmış istanbullu erməni fotoqraf Ara Gülerdir.

O, Pablo Picasso, Salvador Dali, William Saroyan, Winston Churchill, Bertrand Russell, Indira Gandhi, Sergei Parajanov, Orhan Pamuk kimi bir çox məşhurların fotolarını çəkmiş, əsasən İstanbulu çəkən foto ustasıdır.

50 tanınmış şəxs arasında müxtəlif sahələrdən olan adamlar var; Sezen Aksu, Tarkan kimi musiqiçilərdən tutmuş idman, siyasət adamlarına qədər. Layihənin ikinci mərhələsinə daha çox məşhurun cəlb ediləcəyini deyirlər.

Təşəbbüskarlardan biri bu layihəni izah edərkən deyib: Bizim paltarlarımız eyni günəşin altında quruyur, biz bir bütünün hissələriyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG