Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

-

Rumıniyanın baş naziri Victor Ponta hökumətinin istefaya getdiyini bəyan edib. Ötən gün minlərlə insan onun istefası tələbiylə etiraza çıxmışdı.

“İstefa verirəm, hökumətim də istefa verir,” Ponta noyabrın 4-də bildirib.

Noyabrın 3-də 20 mindən çox rumın paytaxt Buxarestdə etiraz aksiyasına çıxaraq baş nazirin istefasını tələb edib. Səbəb bir neçə gün öncə gecə klubunda 32 nəfərin həyatına son qoymuş yanğındır. Qələbə Meydanına toplaşmış etirazçılar baş nazir Victor Ponta və daxili işlər naziri Gabriel Oprea-nı istefa verməyə çağırıblar.

Nümayişə çıxanlar yanğın qurbanlarına “həmrəylik jesti” göstərmək istədiklərini deyiblər.

43 yaşlı Ponta-nın bir müddətdir istefası tələb olunurdu. Belə ki, ilk dəfə olaraq o, hökumət başçısı kimi məhkəməyə çəkilib. Baş nazir saxtakarlıq, vergidən yayınma və çirkli pulyuma ittihamları ilə sentyabrda məhkəmə qarşısına çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG