Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

-

Azərbaycan Tələbələr Birliyi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tələbələrə və vətəndaşlara çağırış edib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, çağırışda internet istifadəçisi olan hər bir azərbaycanlının noyabrın 9-da istifadə etdikləri sosial şəbəkələrdəki profil və örtük şəkillərini yalnız bir günlüyünə Azərbaycan bayrağının fərqli görüntüləri ilə əvəzlənməsi xahiş olunur.

Təşkilatın Elvin Aslanov deyib ki, məqsəd azərbaycanlıların həmrəyliyini dünya ictimaiyyətinə göstərməkdir.

«Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin müxtəlif ölkələrdən insanlarla dost olduqları nəzərə alınaraq, belə aksiya səmərəli olacaq. Beləliklə, çoxlu sayda insan ölkəmizin bayrağını tanımaqla yanaşı, xalqımızın bütün məsələlərdə həmrəyliyini və dövlətimizin yanında olduqlarını əyani şəkildə görə biləcəklər», - E.Aslanov vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG