Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

-

Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb.

APA-nın xəbərinə görə, səfərə Zaqatala rayonundan start verilib. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.

Daha sonra prezident Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi - uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılışına qatılıb.

İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışını edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG