Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Lavrov Suriya görüşü keçirir


Sergei Lavrov (solda), ABŞ Dövlət katibi John Kerry (sağda), Staffan de Mistura (ortada) Vyanada mətbuat konfransında

Sergei Lavrov (solda), ABŞ Dövlət katibi John Kerry (sağda), Staffan de Mistura (ortada) Vyanada mətbuat konfransında

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 4-də Moskvada BMT-nin Suriya elçisi ilə görüşəcək.

“Əsas müzakirə mövzusu Suriyadakı siyasi proses, Dəməşq və Suriya müxalifəti arasında əsl dialoqun başlanmasının müzakirəsi olacaq,” Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova noyabrın 3-də deyib.

Lavrov və BMT elçisi Staffan de Mistura oktyabrın 30-da Vyanada görüşüblər. Həmin görüşə 17 ölkənin diplomatları da qatılmışdı. Birləşmiş Ştatlar, İran və Səudiyyə Ərəbistanı da o sıradaydı. Ancaq Suriya hökumət və ya müxalifətinin təmsilçiləri yox idi.

Həmin görüşün iştirakçıları BMT-dən xahiş edib ki, rejim və müxalifət arasında sülh razılaşmasına vasitəçilik etsin, yeni konstitusiyanın qəbuluna, BMT-nin nəzarəti altınd aseçki keçirilməsinə nail olunsun.

Ancaq prezident Bashar al-Assad-ın taleyi ilə bağlı Qərblə Rusiya və İran arasında fikir ayrılıqları qalır.


De Mistura Dəməşqdə olub, hökumətə danışıqlar barədə məlumat verib, atəşkəsə çağırıb.

Rusiya təklif edib ki, gələn həftə hökumətlə müxalifət arasında danışıqlara ev sahibliyi etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG