Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22

-

Ukrayna xəbərdarlıq edir ki, gələn ildən Rusiyadan qaz almağı dayandıra bilər. Rəsmilərin sözlərinə görə, Rusiyadan təbii qaz yalnız bu ilin sonunadək alınacaq.

Rusiya rəqabətədavamlı qiymət təklif etməsə, Ukrayna 2016-cı ilin birinci rübündə bütün qazı Avropadan alacaq.

“Gözləyirik və ümid edirik ki, Rusiya qaz satıcıları bizə rasional və rəqabətədavamlı qiymətlər təklif edəcəklər,” Naftogaz-ın başçısı Andriy Kobolev noyabrın 3-də Kiyevdə keçirilən brifinqdə deyib.

“Belə təklif olmasa, bütün qazı Avropadan alacağıq,” o, sözlərinə əlavə edib.

Kobolev-in sözlərinə görə, gələn ilin birinci rübündə qaz alışı üzrə əlavə razılaşma imzalamağa ehtiyac yoxdur. Belə ki, Ukrayna bu ilin əvvəlində imzalanmış sənədlər çərçivəsində hərəkət edə bilər.

Kobolev deyir ki, Naftogaz Ukrainy gələn ilin ikinci rübündən başlayaraq, qazın qiymətində “ciddi eniş” gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG