Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:41

İranlı komandir Suriyada öldürülüb


Suriyada öldürülən iranlı komandirlər Ezzat ul-Llah Soleimani (solda), Saeed Ali Hosseini Alami (ortada) və Seyed Sajjad hosseini

Suriyada öldürülən iranlı komandirlər Ezzat ul-Llah Soleimani (solda), Saeed Ali Hosseini Alami (ortada) və Seyed Sajjad hosseini

-

İranın Fars agentliyi xəbər verir ki, elit İnqilab Qvardiyasının yüksək rütbəli zabiti Suriyada öldürülüb. O, ötən ay Suriyada qətlə yetirilən dördüncü komandirdir.

Polkovnik Mostafa Ezzatollah Soleimani ölkənin şimalındakı Hələb şəhərində “müşavir missiyası” zamanı həlak olub, agentlik bildirir.

Ötən həftədən başlayaraq İran mediası Suriyada beş iranlının öldüyünü xəbərləyib. Bununla da oktyabrın 9-dan bəri öldürülənlərin sayı 20-yə çatıb.

Onların içində İnqilab Qvardiyasının komandirləri də var.

İran Suriya prezidenti Bashar al-Assad rejimini dəstəkləyir, lakin rəsmi olaraq bu ölkəyə hərbçi göndərmir. Ancaq hərbi müşavirlər yollayır və hökumətə hərbi, maliyyə və siyasi dəstək verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG