Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:50

-

Noyabrın 3-də 20 mindən çox rumın paytaxt Buxarestdə etiraz aksiyasına çıxaraq baş nazirin istefasını tələb edib. Səbəb bir neçə gün öncə gecə klubunda 32 nəfərin həyatına son qoymuş yanğındır.

Qələbə Meydanına toplaşmış etirazçılar baş nazir Victor Ponta və daxili işlər naziri Gabriel Oprea-nı istefa verməyə çağırıblar.

Prezident Klaus Iohannis yürüşü alqışlayıb, deyib ki, siyasi liderlər bu “üsyan hissini gözardı edə bilməzlər”.

Nümayişə çıxanlar yanğın qurbanlarına “həmrəylik jesti” göstərmək istədiklərini deyiblər.

Bu etirazdan sonra Ponta istehlakçıların mühafizəsi agentliyinin rəhbərini səhlənkarlığa görə işdən çıxarıb.

43 yaşlı Ponta-nın bir müddətdir istefası tələb olunur. Belə ki, ilk dəfədir o, hökumət başçısı kimi məhkəməyə çəkilir. Baş nazir saxtakarlıq, vergidən yayınma və çirkli pulyuyulma ittihamları ilə sentyabrda məhkəmə qarşısına çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG