Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Rauf Mirqədirovun məhkəməsi başlanır


Rauf Mirqədirov atasının dəfnində, 2014-cü il

Rauf Mirqədirov atasının dəfnində, 2014-cü il

-

Noyabrın 4-də il yarımdır həbs olunmuş siyasi şərhçi, əməkdar jurnalist Rauf Mirqədirovun məhkəməsi başlanır. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçiriləcək.

O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Ötən ilin aprelində həbs edilən jurnalistlə bağlı həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

O, bu müddətdə bir dəfə Sülh və Demokratiya İnstitutunun direktoru və əməkdaşı Leyla və Arif Yunusların məhkəməsində şahid kimi ifadə verib. Məhkəmə qapalı olub. Ancaq orda iştirak edən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Rauf Mirqədirovun çox arıqladığını və zəiflədiyini deyib: «Rauf Mirqədirov arıqlayıb, uşaq kimi olub. Oradan çıxanda gözlərindəki ifadəni ömrüm boyu yadımdan çıxartmayacağam. Onun gözləri ömrü boyu əzab çəkən insanın gözlərinə oxşayırdı. Elə bil üçdə biri qalıb».

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG