Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

-

Noyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində dördüncü turun oyunları keçirilib.

A qrupunun liderləri “Real” və PSJ komandalarının aktivində 7 xal olduğundan, bu qarşılaşma liderin müəyyənləşməsi baxımından əhəmiyyətli idi. Lider “Real” olub, rəqibini 1-0 məğlub edib.

B qrupunda “Volfsburq” PSV-nin qonağı olub. Hollandiyalılar 2- 0 hesabıyla rəqiblərini udublar.

C qrupunda oynayan “Atletiko” “Astana” oyunu hesab açılmadan başa çatıb. Beləliklə, “Atletiko” xal itirib.

Qrup üçüncüsü “Qalatasaray” isə “Benfika”ya məğlib olub.

D qrupunda “Yuventus” Mönhenqladbax “Borussiya”sı ilə xalları bərabər bölüb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı məğlub edib.

A qrupu

“Real” (İspaniya) – PSJ (Fransa) - 1:0

“Şaxtyor” (Ukrayna) – “Malmö” (İsveç) - 4:0

B qrupu

PSV (Hollandiya) – “Volfsburq” (Almaniya) - 2:0

“Mançester Yunayted” (İngiltərə) – MOİK (Rusiya) - 1:0

C qrupu

“Astana” (Qazaxıstan) – “Atletiko” (İspaniya) - 0:0

“Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) - 2:1

D qrupu

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Yuventus” (İtaliya) - 1:1

“Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 1:3

Günün bütün mövzuları

XS
SM
MD
LG