Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

İD İraqın kürd ərazisinə soxulub


Kərkük yaxınlığı, ABŞ koalisiyasının zərbəsindən sonra, arxiv fotosu

Kərkük yaxınlığı, ABŞ koalisiyasının zərbəsindən sonra, arxiv fotosu

-

Noyabrın 3-də İslam Dövləti (İD) silahlı qruplaşmasının silahlıları İraqın şimalında kürdlərin nəzarətində olan əraziyə hücum çəkib. Silahlılar qısa müddətə neft mədənləri yaxınlığında yerləşən yerli hökumət binasını da ələ keçiriblər.

Kürdlər indiyədək İD-nin onların muxtar ərazisinə girməsini əngəlləyə biliblər. Ancaq dünən baş verənlər gözlənilməz olub. İntiharçılar əsas nəzarət məntəqələrindən özlərini partladıb, digər üç silahlının İrbildən 30 mil cənubda yerləşən Dibisə girməsinə şərait yaradıblar.

Həmin 3 yaraqlı daha sonra valinin binasını tutublar, kürd təhlükəsizlik qüvvələrinə qumbara atıb, atəş açıblar.

Silahlılardan biri güllələnəndən, digər ikisi isə özünü partladandan sonra kürdlər nəzarəti ələ ala biliblər. Dörd kürd döyüşçü də həlak olub.

Təhlükəsizlik mənbələri hücumu çox güman ki Dibisdə gizli şəbəkənin təşkil etdiyini bildirir. Şəhərdə komendant saatı elan olunub.

Dibis Kərkük vilayətində yerləşir. İD ötən ilin iyununda həmin ərazini ələ keçirmişdi. Ancaq kürd peşmərgələri sonradan ABŞ-ın dəstəyi ilə ərazini geri ala bilib

Günün bütün mövzuları

XS
SM
MD
LG