Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18

Suriyadakı Rusiya hərbçiləri ilk dəfədir ki, mötədil Suriya müxalifətinin məlumatı əsasında terrorçuların mövqelərinə hava zərbələri endirib.

General Andrei Kartapalov noyabrın 3-də bildirib ki, Rusiya hərbçiləri artıq terrorçulara qarşı birgə əməliyyat barədə razılıq əldə ediblər və hədəflərin verilməsi üçün mötədil müxalif döyüşçülərlə əlaqə yaradıblar.

Qeyd edək ki, mötədil müxalifət Suriya prezidenti Bashar Assad və eyni zamanda İslam Dövləti qrupuna qarşı mübarizə aparır.

Rusiya isə bu münaqişədə Bashar Assadın tərəfini saxlayır.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələri həyata keçirir.

Moskva əsas hədəfin İslam Dövləti qrupu, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG