Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Ermənistan prezidenti Serz Sargsyan noyabrın 3-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salberi qəbul edib.

Sargsyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi və hərtərəfli həll ətrafında fikir mübadiləsi aparılıb.

Herbert Salber münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib.

Sargsyan son vaxtlar regionda gərginliyin artdığını bildirib və ölkəsinin regional sülh, sabitlik və təhlükəsizlik naminə əməli əməkdaşlığa hazır olduğunu deyib.

Tərəflər bildirib ki, Dağlıq Qarabağ münaqişəsi qarşılıqlı güzəşt əsasında yalnız dinc yolla həll oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG