Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

"Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizasının rəyinə görə həkimlər günahsız olub".

“Report”un məlumatına görə, bunu "Qəbələ" klubunun həbsdə olan keçmiş kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

O bildirib ki, ölümə səbəb həkimlərin səhlənkarlığı olmayıb.

Vəkil Cavid Hüseynovla bibisi oğlu Elşən İsmayılov arasında "Whats app" yazışmalarından da danışıb: "Həmin mesajlarla tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Həmçinin, təqsirləndirilən digər 5 nəfər - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də bunu təsdiqləyir. Onlar Cavid Hüseynovun bu işdə günahsız olduğunu deyiblər. Bundan başqa, Cavid Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında "Whats app"dakı yazışmaların məzmunundan başa düşülür ki, Cavid onun Rasim Əliyevlə görüşə getməməsini istəyib".

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim ƏliyevBakının Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülüb.O çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də avqustun 9-da keçinib.

Hadisədən sonra Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG