Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

ABŞ-Livan vətəndaşı İranda casusluq ittihamı ilə həbs olunub.

İran dövlət televiziyasının noyabrın 3-də verdiyi məlumata görə, Nezar Zaka adlı həmin şəx ABŞ kəşfiyyatı və hərbi təşkilatla dərin əməkdaşlıqda şübhəli bilinir.

Amma onun nə vaxt və harda həbs olunmasına aydınlıq gətirilmir.

Amma televiziya onun ABŞ bazasında hərbi geyimdə fotosunu göstərib.

Livan mətbuatı ötən həftə onun avqustun 18-də Tehranda konfransda iştirakdan sonra yoxa çıxması barədə məlumatlar yayıb.

İran həmçinin bundan əvvəl ABŞ-İran vətəndaşı olan iş adamı Siamak Namazini həbs edib.

O ötən ay İranda ailəsinə baş çəkməyə gələrkən yoxa çıxıb.

Bundan başqa daha 3 İran-ABŞ vətəndaşı hazırda bu ölkədə həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG