Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:32

Beynəlxalq Sığorta Şirkətində dəyişikliklər


Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti"nin rəhbərliyində ciddi kadr dəyişikliyi edilib.

APA-nın məlumatına görə, şirkətin Direktorlar Şurasının üzvü İlqar Hüseynov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Onu Fərid Həşimov əvəz edib.

Fərid Həşimov həm də Azərbaycan Beynəlxalq Bankının struktur bölmələrlə iş departamentinin direktorudur.

Bundan başqa, şirkətin Təftiş Komissiyasının tərkibi tamamilə yenilənib.

Komissiyanın sədri İradə Deystani işdən çıxarılıb.

Bu vəzifə Elşən Quliyevə həvalə olunub.

Təftiş Komissiyasının üzvləri Emin və Rüfət Rəcəbovlar da işdən çıxarılanlar arasındadır.

Onları Qeysər Səfərəliyeva və Elxan Abbasov əvəz ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG