Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Artıq özünü respublika elan eləmiş Donbasda orta məktəblərdə ukrain dili və ədəbiyyatı əvəzində iki yeni fən-“Donbas xalq dili” və “Donbas xalq ədəbiyyatı” tədris edilir.

B u barədə yerli sakinlərə istinatla Ukraynadkı internet portalları məlumat yayıb.

İnternetdə qiymətlər qoyulmuş gündəliyin fotosu da yayılıb.

Həmin fotonu internetdə Donetskdəki 49 nömrəli məktəbin müəllimi yerləşdirib.

Ötən ilin aprelindən bu yana Donbas da daxil olmaqla Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8 mindən çox adam ölüb.

Kiyevlə Qərb Moskvanı separatçıların tərəfini saxlamaqda günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG