Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

İngiltərə Futbol Federasiyası "Çelsi"nin baş məşqçisi Jose Mourinhonu cəzalandırıb.

Federasiyanın verdiyi məlumata görə, buna onun Premyer Liqasının 10-cu turunda "Vest Hem"lə oyunda hakimləri təhqir etməsi səbəb olub.

Buna görə bir oyunluq cəza alan Mourinho Premyer Liqasının 12-ci turunda "Stok Siti" ilə keçiriləcək görüşü tribunadan izləməli olacaq.

Federasiya bundan başqa məşqçini 40 min funt sterlinq cərimələyib.

"Vest Hem" - "Çelsi" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG