Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Facebook şərhinə görə keçmiş nazir ekspertdən 50 000 tələb edir


Natiq Cəfərli (solda) və Fikrət Yusifov
Natiq Cəfərli (solda) və Fikrət Yusifov

Keçmiş nazir iddia edir ki, Natiq Cəfərli Facebook şərhlərində onu təhqir edib, ona görə 50 min manat cərimə edilməlidir.

​Yasamal rayon Məhkəməsi keçmiş maliyyə naziri Fikrət Yusifovunun REAL hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesini təxirə salıb.

Buna səbəb noyabrın 3-də keçirilən prosesə Natiq Cəfərlinin gəlməməsi olub.

Bu barədə AzadlıqRadiosuna iddiaçı tərəfin nümayəndəsi Bayram Sadıqov məlumat verib.

Buna da bax: Öncə hansı qanun gəbul edilsin? (Foruma yaz, fikirlərin yayılsın)

Nümayəndənin dediyinə görə, Natiq Cəfərli məhkəməyə vəsatət yollayıb, yaşayış yerinin Səbael rayonu ərazisində olduğunu əsas gətirərək şikayətə də bu rayon məhkəməsində baxılmasını istəyib.

Hakim Sərdar Mehrəliyev bildirib ki, Natiq Cəfərli yaşayış yeri barədə sənədini məhkəməyə təqdim edərsə, onun bu vəsatətinə baxılaraq müsbət qərar verilə bilər.

Fikrət Yusifov iddia edir ki, Natiq Cəfərli öz Facebook səhifəsində onu təhqir edib, şərəf və ləyaqətini alçaltdıb. Buna görə də Fikrət Yusifov maddi zərər kimi 45 min manat, mənəvi zərər kimi isə 5 min manatın Natiq Cəfərlidən tutularaq ona verilməsini istəyir.

Natiq Cəfərli isə bu cür məhkəmə çəkişməsini müstəqil ekspert rəylərinə qarşı bir basqı sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG