Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

Rusiya gələn həftə Suriya rəsmiləri və müxalifət liderlərinin görüşünü keçirmək istəyir.

Xarici işlər nazirinin müavini Mikhail Bogdanov noyabrın 3-də bildirib ki, məsləhətləşmək üçün gələn həftə müxalifət nümayəndələrini Moskvaya dəvət edəcəyik.

O qeyd edib ki, bu görüşdə hökumətin nümayəndələri də iştirak edə bilər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrovla BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura noyabrın 4-dı Moskvada bu təklifi müzakirə eləməlidilər.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələrinə başlayıb.

Rusiya ötən həftə Vyanada keçirilən beynəlxalq görüşdə bildirmişdi ki, növbəti danışıqlara Suriya müxalifətinin də qoşulmasını istəyərdi.

Moskva Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançı müxalifətin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG