Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

-

Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib. Qurumun Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, sayt musiqiliteatr.az adlanır.

Buna qədər Dövlət Musiqili Teatrının statemusicaltheatre.az saytı fəaliyyət göstərib. Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyi olub.

Teatrın direktoru Əliqismət Lalayev mətbuat xidmətinə yeni saytın yaranma zərurətini belə açıqlayıb:«Teatrımızın 106-cı mövsümünün başlanması ərəfəsində yeni saytın yaradılması ilə bağlı qərar verdik. Dünya demək olar ki, hər gün texnoloji yeniliklərlə zənginləşir. Müasir dövrün tələblərindən biri də bu yeniliklərdən vaxtında və səmərəli şəkildə yararlanmaqdır. Yeni saytımız hazırlanan zaman bir sıra teatrların bu sahədəki təcrübəsinə nəzər saldıq. Təhlil etdik, müzakirələr apardıq, yaxşı ənənələrdən maksimum yararlanmağa çalışdıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG