Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

-

«Starship Technologies» layihəsi çərçivəsində yük daşıyan təkərli robotlar yaradılacaq.

Robotlar ərzaqları, məhsulları alıcılara, sifarişçilərə çatdırmaq üçün nəzərdə tutulub.

Layihə «Skype»ın həmtəsisçiləri Janus Friis və Ahti Heinla tərəfindən hazırlanıb.

Robotlar malları 5 km-dək məsafəyə apara biləcəklər. Onlar 6.5 km/saat sürəti ilə hərəkət edəcək, işıqforun siqnalına reaksiya verəcəklər. Robotlar 18 kq-dək yükləri daşıya biləcəklər. Təyinat yerinə çatanda, sifarişçi mobil proqramın köməyi ilə baqajı açıb sifariş etdiyi malı alacaq. Yükün 5-30 dəqiqə ərzində çatdırılması nəzərdə tutulur.

Şirkət nümayəndələrinin fikrincə, belə robotlardan istifadə çatdırılma qiymətini 10-15 dəfə azaldacaq.

İlk belə robotlar 2016-cı ildən ABŞ, Böyük Britaniya və başqa ölkələrdə istifadəyə veriləcək.

XS
SM
MD
LG