Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:38

«Medianın təbii haqqı məhdudlaşdırılır»


Xalid Ağəlıyev.
Xalid Ağəlıyev.

-

«İfadə azadlığı, mətbuat azadlığı mütləq hüquq deyil, ona müdaxilələr ola bilər. Ancaq hansı hallarda müdaxilə olar, bu halların dairəsi bəllidir».

Bunu media hüquqları üzrə ekspert Xalid Ağəlıyev «KİV haqqında qanun»a edilən və prezident sərəncamı ilə qüvvəyə minən son dəyişikliyi AzadlıqRadiosuna şərh edərkən deyib.

Ekspert mətbuat azadlığına məhdudiyyətlər tətbiq etməyin bu hallarda mümkün olduğunu deyir:

- milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş qorumaq

- cinayətlərin qarşısını almaq; sağlamlığın və mənəviyyatın qorunması

- şəxslərin nüfuz və hüquqlarının müdafiəsi

- konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması

- ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi.

MƏHDUDİYYƏTLƏR ÇƏRÇİVƏYƏ SIĞMIR

Xalid Ağəlıyev deyir:

«Son dəyişikliklərdə ifadə olunan məhdudiyyətlərin bu çərçivə içinə sığmadığı görünür. Söhbət araşdırılmaqda olan cinayət işləri barədə həqiqətə uyğun olmayan, təhrifə yol verilmiş bilgilərdən gedirsə, burda həm də xeyli dərəcədə yayğınlıq var. Hər hansı ictimai maraq kəsb edən cinayət işləri barədə müzakirə açmaq, mülahizələri, rəyləri ifadə etmək medianın təbii haqqıdır. Belə görünür ki, son dəyişiklik medianın bu haqqını xeyli dərəcədə məhdudlaşdırır - medianı önəmli cinayət işləri barədə xəbərləməkdən çəkindirəcək, bu qəbildən olan xəbərlərdə onu hüquq-mühafizə qurumlarının ütülü, quru bilgilərindən asılı duruma salacaq».

KİV haqqında qanunun 44-cü maddəsinə dəyişikliyə əsasən, KİV-də cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə yalan və ya təhrif edilmiş məlumatlar verildikdə, müvafiq dövlət orqanı təkzib və ya düzəliş tələb edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG