Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33

-

Birləşmiş Ştatlar Əfqanıstanın şimalında tikilən təbii qaz stansiyasına 43 milyon dollar xərcləyib. Halbuki bu işə 500 min dollar sərf oluna bilərdi. Məlumat noyabrın 2-də yayılıb.

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş John Sopko Müdafiə naziri Ashton Carter sərt bir məktub yollayıb, bu layihənin “ABŞ vergi ödəyicilərinə izafi xərclərə” başa gəlməsini tənqid edib. Belə ki, Pakistanda oxşar qaz stansiyası 500 min dollara tikilibmiş. ABŞ-ın tikdiyi bundan 140 dəfə baha başa gəlib.

Müfəttiş bildirir ki, Pentaqon tikintiyə başlamamışdan tədqiqat aparmayıb.

Həmin stansiya 2012-ci ildə açılıb. Məqsəd sıxılmış təbii qazdan Əfqanıstanda səmərəli istifadənin mümkünlüyünü göstərmək olub. Ancaq bazar, təcrübəli operatorlar olmadığından, stansiya bu il bağlanıb.

Müfəttiş deyir ki, araşdırma aparılsaydı, belə bir məsrəfin də qarşısı alınardı. Yəni üzə çıxardı ki, Əfqanıstanda sıxılmış təbii qazla işləyən maşın bazarını dəstəkləmək üçün təbii qaz ötürücü və paylayıcı infrastruktur yoxdur.

“Ən narahatedici məqam odur ki, Müdafiə Departamenti bu layihənin niyə belə baha başa gəlməsini və digər aspektləini izah edə bilməyib,” inspektor yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG