Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Avtomobil qatarla toqquşub


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Noyabrın 3-də Ağstafada minik avtomobili qatarla toqquşub.

APA xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndi ərazisində, Tatlı -Ağstafa dəmiryol xəttinin 97-ci kilometrliyində, qorunan dəmiryol keçidində qeydə alınıb.

Köçəsgər kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi «VAZ 2106» markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

XS
SM
MD
LG