Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:07

-

Noyabrın 2-də gecə saat 23:50-də Bakıdan Naxçıvana uçmalı olan “Azərbaycan Hava Yolları”nın reysi təxirə salınıb. Aviaşirkətdən Fins.az-a verilən məlumata görə, reysin bu günlük ləğvinin səbəbi sərnişin azlığı və biletlərin satılmamasıdır.

“Naxçıvana gediş az olduğuna görə, həmin reysi adətən “Embraer” modelli nisbətən az (70-120 nəfərlik) sərnişin tutumu olan layner həyata keçirir. Kifayət qədər bilet satılmayanda reysin ləğvi mümkündür,” deyə yerli aviaşirkətdən bildiriblər.

Sözügedən reysi (J2 257) “Boeing 757” modeli (200-235 sərnişin tutur) yerinə yetirməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG