Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04

-

Amerika xüsusi təyinatlıları Suriyada hərbi əməliyyatlarda iştirak etməyəcək. Bunu Ağ Ev bildirir.

Milli təhlükəsizlik üzrə müşavirin müavini Ben Rhodes deyib ki, Amerika hərbçiləri “Suriya ərazisində döyüşən qüvvələrlə birlikdə savaşmayacaq”.

“Amerikanın Səsi”nin məlumatına görə, Rhodes belə bir situasiyanı da istisna etməyib ki, hərbçilər “düşmənə qarşı savaşmalı ola” bilərlər.

Ötən həftə prezident Barack Obama Suriyaya 50 xüsusi təyinatlı hərbçinin göndərilməsinə icazə verib. Məqsəd suriyalı üsyançılarla İslam Dövləti qruplaşmasına qarşı döyüşən beynəlxalq koalisiyanın fəaliyyətini “koordinasiya” etməkdir.

ABŞ hərbçiləri yaxın həftələrdə Suriyaya çatacaqlar. Onlar Suriya ərazisində 60 gün qalacaqlar, sonra növbə dəyişəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG